OUR SERVICES

BİZ

EDİRİK?

RƏQƏMLƏRİMİZ

3+Təcrübə ili
10+Həyata keçirilmiş layihə
10+Razı qalmış sifarişçi

HAQQIMIZDA

“İVY GROUP” 2014-cü ildə çoxprofilli şirkətlər qrupu kimi təsis olunmuşdur və hal-hazırda Bakı, Kiyev, Praqa şəhərlərində fəaliyyət göstərir.

Şirkət verilənlərin dərin analizi, informasiya sistemlərinin inteqrasiyası, informasiya təhlükəsizliyinin təmin olunması, süni intellektin tətbiqi, avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi üzrə həll yollarını təklif edir, həmçinin informasiya texnologiyaları (İT) sahəsində mürəkkəb layihələrin idarə edilməsi və məsləhət xidmətlərini həyata keçirir.

Şirkət Azərbaycan Respublikasının bir sıra dövlət strukturu idarələri üçün İT sahəsində müqavilələr bağlayır və maarifləndirici proseslərin təşkilini həyata keçirir, 2018-ci ildən etibarən isə ölkənin Silahlı Qüvvələri üçün həll vasitələri hazırlamaqla məşğuldur.

Şirkət bu layihələrin həyata keçirilməsi zamanı dövlət strukturlarının hesabatı, resursların idarəçiliyi və verilənlərin analizinin effektivliyinin qeyri-qənaətbəxşliyi, informasiya təhlükəsizliyi məsələləri və İT sahəsinin idarəçiliyində digər çatışmazlıqlarla bağlı bir sıra səciyyəvi problemləri aşkarlamışdır. Şirkət bu problemlərin standart həll yollarını hazırlamış və tətbiq etmişdir.

İT sahəsində aparılmış tədqiqatlar da daxil olmaqla, təklif edilən hərbi xarakterli məhsul “İVY Group”un Azərbaycanın dövlət sektorunun podratçısı və təmas xəttindəki silahlı qüvvələrin ehtiyaclarını öyrənməsi zamanı əldə etdiyi təcrübəyə əsaslanır.

KOMANDA

Şirkətin tərkibində verilənlərin analizi sahəsində 10 ildən artıq iş təcrübəsinə malik beynəlxalq səviyyəli ekspertlər, müxtəlif silahlanma vasitələrinin istifadəsi, layihələndirilməsi və xidmət göstərilməsi təcrübəsi olan hərbi mühəndislər çalışırlar. “İVY Group” komandasının üzvləri:

  • ABŞ və Azərbaycanda texniki elmlər üzrə, həmçinin müdafiə sənayesinə müvafiq profilli təhsil almışlar
  • Azərbaycanın müxtəlif dövlət strukturlarında iş təcrübəsi.
  • ABŞ-da müdafiə məsələlərinin planlaşdırılması üzrə elmi dərəcələr almışlar
  • Təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarda iş təcrübəsi, ABŞ-da təhlükəsizliyin texniki məsələlərinin strateji araşdırması mərkəzlərinin, komanda-koordinasiya mərkəzlərinin yaradılması üzrə beynəlxalq səviyyəli iş təcrübəsi.
  • Hərbi fəaliyyət üzrə təcrübə, təmas xəttində raket-artilleriya, atıcı silahlar, bronotexnikanın təmiri üzrə təcrübə,
  • Sənaye tipli transmilli korporasiyalarda mexanika və metallurgiya sahələrində iş təcrübəsi